Türkiyədə koronavirusdan daha 44 nəfər ölüb

Türkiyədə koronavirusdan daha  44 nəfər ölüb
# 17 may 2020 20:30 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 44 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35369 şübhəli koronavirus testindən keçib, onlardan 1368-in cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4140 nəfər ölüb, 149435 nəfər bu infeksiyaya yoluxub, 109962 nəfəri isə müalicə olunub.

Bu gün 1825 xəstə evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR