Nazir müavini: “Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclasının tarixi məlum deyil”

Nazir müavini: “Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclasının tarixi məlum deyil”
# 14 oktyabr 2020 15:22 (UTC +04:00)

“Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclasının dəqiq tarixi hələ məlum deyil”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsaliya deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda komissiyanın işi bərpa oluna bilər.

“Görüş mart ayında planlaşdırılırsa da, pandemiyaya görə təxirə salındı. Son iclasda ən qısa müddətdə komissiyanın növbəti iclasını çağırmaq barədə qərar qəbul etdik. İclasın baş tutacağı konkret bir tarix üzərində işləyirik. Ümid edirik ki, yaxın gələcəkdə komissiyanın işini bərpa etmək mümkün olacaq”, - deyə L. Darsaliya qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR