Hande Harmancı: "Azərbaycana 168 min fərdi qoruyucu vasitə gətirilib"

Hande Harmancı: "Azərbaycana 168 min fərdi qoruyucu vasitə gətirilib"
# 25 iyun 2020 17:32 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisi olaraq “COVİD-19”la mübarizədə Avropa İttifaqı ilə əməkdaşlıq edirik.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

O qeyd edib ki, iki gün əvvəl “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində 168 min fərdi qoruyucu vasitə gətirilib: “Bundan sonra yaxın zamanlarda daha 2 reys də fərdi qoruyucu vasitə gətiriləcək. Layihə 2 il davam edəcək. Azərbaycan daxil olmaqla 6 ölkədə virusun qarşısının alınması, mübarizənin gücləndirilməsi nəzərdə tutulub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR