Azərbaycanlı teleaparıcı: “Avropa Oyunlarına çəkilən xərcə dəyərdi”

Azərbaycanlı teleaparıcı: “Avropa Oyunlarına çəkilən xərcə dəyərdi”
# 27 iyun 2015 07:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bakının ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ilə Azərbaycanın nüfuzu dünyanın digər yerlərinə də yayılacaq”. APA-nın məlumatına görə, bu sözləri azərbaycanlı teleaparıcı Fuad Axundov “France Presse” agentliyinə müsahibəsində deyib.

Ötən il “Bakının sirləri” adlı silsilə verilişlərin müəllifi olan 47 yaşlı aparıcı bildirib ki, zəngin karbohidrat resurslarına malik ölkənin bu oyunlara ev sahibliyi etmək üçün bir neçə milyard dollar xərcləməsinə dəyərdi: “Çünki bu, tək ölkədə infrastruktur cəhətdən böyük irs qoymayıb, həm də Olimpiya Oyunlarını keçirmək üçün 3-cü cəhdə böyük imkanlar yaradıb. Məqsəd Azərbaycanın dünya xəritəsində yerini göstərməkdir, çünki dünya ölkəmiz haqqında o qədər çox bilmir”.

F. Axundov qeyd edib ki, Azərbaycan Rusiya İmperiyası və Sovet İttifaqı kimi böyük rejimlərin əsarətindən çıxdıqdan sonra 20 ildən bir qədər artıqdır ki, müstəqildir: “Azərbaycan çevik ölkə olmalıdır. Bizim tariximizə söykənən böyük Şərq mədəniyyətimiz var. Biz qapılarımızı Şərqə bağlamamışıq, ancaq eyni zamanda Qərb üçün qapılarımızı geniş açırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR