Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasının sınaq imtahanlarının vaxtı açıqlanıb

Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasının sınaq imtahanlarının vaxtı açıqlanıb
# 21 yanvar 2016 14:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası yanvar ayında yeni qaydalarla sınaq imtahanı keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Terapiya, Ümumi cərrahiyə, Anesteziologiya-reanimatologiya, Kardiologiya ixtisasları üzrə imtahanlar 26 yanvar, Laboratoriya işi, Mamalıq-ginekologiya, Stomatologiya, Pediatriya ixtisasları üzrə imtahanlar 27 yanvar, Tibb bacısı, Mama, Feldşer, Laborant ixtisasları üzrə imtahanlar 29 yanvar tarixlərində baş tutacaq.

İmtahan saat 14.30 - da başlayır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Sınaq imtahanında iştirak etmək istəyənlər 433 - 08 - 93 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR