Bakı-APA. Yaxın Şərqdən Avropaya yüz minlərlə qaçqın və miqrant axınını ilk olaraq qəbul Yunanınstan adaları daha bir ciddi problemlə - ölən qaçqınları dəfn etmək üçün yer çatışmazlığı problemi ilə üzləşib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə söhbət ölkənin baş naziri Aleksis Tsiprasın hökumət nümayəndələri və miqrantları qəbul edən Yunanınstanın 5 əsas adası – Lesbos, Samos, Xios, Kos, Lerosun icra nümayəndələri ilə görüşündə bildirib.
“Əsas problemin ölmüş qaçqınların dəfni üçün qəbiristanlıqların sayının az olmasıdır. Tək Lesbosda 75 cəsəd indiyədək torpağa tapşırılmayıb”, deyə iclasda qeyd edilib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, ilin əvvəlindən Aralıq dənizini üzüb keçərək Avropaya 704 min miqrant gəlib. Onlardan 560 minini Yunanıstan, 139,5 min nəfərini isə İtaliya qəbul edib.