Prokuror 6 nəfərin ölümünə səbəb olan sürücüyə cəza istəyib

Prokuror 6 nəfərin ölümünə səbəb olan sürücüyə cəza istəyib
# 14 aprel 2017 10:30 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elyar Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, E. Bayramova 10 illik həbs cəzası istəyib.

 

E. Bayramov son söz üçün məhkəmədən vaxt istəyib.

 

Məhkəmə prosesi aprelin 18-də davam etdiriləcək.

 

 

Qeyd edək ki, hadisə ötən il avqustun 31-də Sumqayıt yaxınlığında, Bakı-Quba magistral yolunun 44-cü kilometrliyində baş verib. Saat 21:00 radələrində 1976-cı il təvəllüdlü Bayramov Elyar Yusif oğlunun idarə etdiyi “Wolskvagen Passat” markalı, 99-DZ-632 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlunun idarə etdiyi “VAZ-21102” markalı, 66-BS-663 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

 

Nəticədə “VAZ-21102” markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər, Tovuz rayon sakinləri - 1982-ci il təvəllüdlü Məmmədova Arifə Yunis qızı, 1979-cu il təvəllüdlü Quliyeva Şəfəq Musa qızı, 1973-cü il təvəllüdlü Qasımov Akif Yunis oğlu, həmçinin “Wolskvagen Passat” markalı avtomobildə olan sərnişin - 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Ramil Adil oğlu hadisə yerində ölüblər.

“Wolskvagen Passat” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Bayramov Elçin Yusif oğlu xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da, E.Bayramovu xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR