Bu gün Azərbaycanın 3 rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Azərbaycanın 3 rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 21 yanvar 2016 06:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Yanvarın 21-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin “Alvadı”, ''Göytəpə'', ''Cəlilabad'', ''Azadkənd'' ''Nərimankənd'', ''Qaratəpə'', ''Axundov'', ''Sabirabad'', ''Otuzikilər'', ''Saatlı'', ''İmişli'', ''Qaraçala'' və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, təmir müddətində Masallı rayonun Təzə Alvadı, Köhnə Alvadı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR