Pentaqon: “Suriya hərbi təyyarələrinin 20 faizinə ziyan dəyib”

Pentaqon: “Suriya hərbi təyyarələrinin 20 faizinə ziyan dəyib”
# 11 aprel 2017 04:12 (UTC +04:00)

“Şayrat” aviabazasına endirilən raket zərbələri Suriya hərbi təyyarələrinin 20 faizinə ziyan vurub.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.

 

“Zərbələr silah-sursat, yanacaq ehtiyatları, hava hücumundan müdafiə vasitələri və Suriya hərbi təyyarələrinin 20%-nin məhvi və yaxud zədələnməsi ilə nəticələnib. Bundan sonra Suriya hökuməti yenidən kimyəvi silaha əl atsa, çox ehtiyatsız hərəkət etmiş olacaq”, deyə C.Mettis qeyd edib.

 

Xatırladaq ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun “Şayrat” aviabazasına zərbə endirilib. Ümumilikdə aviabazaya 59 ədəd "Tomahawk" raketi atılıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR