Təhsil İdarəsi: Bakıda 135 məktəbə noyabrın 15-dən istilik veriləcək

Təhsil İdarəsi: Bakıda 135 məktəbə noyabrın 15-dən istilik veriləcək
# 03 noyabr 2016 13:18 (UTC +04:00)

"Bakı şəhəri üzrə Təhsil İdarəsinin "Azəristiliktəchizat" ASC-yə bu il paytaxtda fərdi qazanxanaları olan məktəblərə istiliyin verilməsi ilə bağlı müraciətinə müsbət rəy verilib. Noyabrın 1-dən fərdi qazanxana işləyən təxminən 117 məktəbə istilik verilib".

APA-nın xəbərinə görə, bunu idarənin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, havaların soyuq keçməsi ilə əlaqədar orta məktəblərə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac yaranıb. Müvafiq qaydalara görə isə istilik noyabrın 15-dən aprelin 15-ə qədər verilir: "Mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir. Digər müəssisələr və fərdi yaşayış binaları istiliklə bu tarixlərdə təchiz olunur. Məsələ kütləvi xarakter daşıdığından bizə istiliyin noyabrın 15-də veriləcəyi deyilib. Hazırda Bakıda 135 məktəb mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edilir. Həmin məktəblərə istilik noyabrın 15-dən veriləcək".

Təhsil İdarəsinin müdiri əlavə edib ki, havaların soyuq olması məktəblərdə şagirdlərin davamiyyətinə mənfi təsir edir.

“Ümumilikdə isə məktəblərdə dərsə davamiyyətlə bağlı məsələdə heç bir problem yoxdur”, - deyə o, əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR