“Moody's” SOCAR-ın avrobondlarını geri alma əməliyyatlarına reytinq verib

“Moody
# 21 yanvar 2016 07:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə- APA-Economics. “Moody's” reytinq agentliyi SOCAR-ın avrobondlarını geri alma əməliyyatlarını kredit reytinqi baxımından neytral qiymətləndirib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə agentliyin SOCAR ilə bağlı hazırladığı hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, yanvarın 18-də SOCAR 500 mln. ABŞ dolları məbləğində avrobondlarını geri aldığını, alış zamanı nominala qarşı premiyenin isə 2% təşkil etdiyi bildirib.

“Moody's” agentliyinin ekspertləri bu əməliyyatları kredit reytinqi baxımından neytral olaraq qiymətləndirib. Hesabatda bildirilir ki, bu avrobondlar şirkətin borclarının az bir hissəsini - təxminən 6%-ni təşkil edir. Buna baxmayaraq, reytinq agentliyi bu əməliyyatlara müsbət rəy verərək qeyd edir ki, alış əməliyyatı SOCAR-a hal-hazırda 946 mln. dollar olan kredit ödənişlərini 2017-ci ildə azaltmağa, nəticədə isə likvidlik profilini yaxşılaşdırmağa imkan verəcək.

“Bildiririk ki, 2015-ci il fevralın 21-də baş verən devalvasiyadan sonra şirkətin xarici valyutada olan borcları 2015-ci ilin birinci yarısına 0,9 mlrd. dollar həcmindədir. Neftin qiyməti aşağı düşməkdə davam edərsə, bu, 2016-cı ildə manatına növbəti dəfə təsir göstərəcək. Bütün bunlar isə şirkətin xalis maddi aktivlərinə mənfi təsir göstərə bilər. Belə ki, şirkətin xalis maddi aktivləri 4 mlrd. dollardan da aşağı səviyyəyə düşərsə, bu həmin aktivlər üçün potensial risk əmələ gətirə bilər”, - deyə hesabatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR