Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün keçirilən referendumda səs verib.
APA-nın məlumata görə, R. Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, məntəqədə 1440 seçici qeydiyyatdadır.