Milli Məclisin Rusiya və Türkiyə ilə parlamentlərarası işçi qruplarının rəhbərləri dəyişdirilir

Milli Məclisin Rusiya və Türkiyə ilə parlamentlərarası işçi qruplarının rəhbərləri dəyişdirilir
# 26 fevral 2016 10:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Rusiya və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri dəyişdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəddə əksini tapıb.

Sənədə əsasən Rusiya ilə parlamentlərarası işçi qrupuna Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Türkiyə ilə işçi qrupa isə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov rəhbər təyin edilir. Ə. Hüseynli bu vəzifədə Regional siyasət komitəsinin sədri Arif Rəhimzadəni, Ə. Əmiraslanov isə deputat Nizami Cəfərovu əvəz edəcək.

Sənəd Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR