Magistraturaya sənəd qəbulu başa çatıb

Magistraturaya sənəd qəbulu başa çatıb
# 20 fevral 2016 11:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu bu gün başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, magistraturanın qəbul imtahanlarında iştirak etmək istəyən 24 109 nəfər “Elektron ərizə” formasını təsdiq edib.

Onlardan 21 817 nəfəri Azərbaycan, 2 292 nəfər isə rus bölməsinin bakalavrıdır.

Qeyd edək ki, 10 fevraldan etibarən 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başlayıb. Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR