Bakı. Məlahət Nəcəfova-APA. “Şəffaflığa zidd heç bir faktla rastlaşmamışam”.
Bunu APA-ya açıqlamasında Serbiya parlamentinin deputatı, AŞPA-nın üzvü Marko Blaqoyeviç deyib.
O, indiyədək 9 seçki məntəqəsinə baş çəkdiyini bildirib: “Bütün müşahidəçilər çox mədəni davranırlar. Hər şey qaydasındadır. Seçicilər daha çox günün birinci yarısında fəallıq göstərirdilər”.