Gəncədə avtomobil aşıb, dörd nəfər xəsarət alıb

Gəncədə avtomobil aşıb, dörd nəfər xəsarət alıb
# 07 avqust 2016 07:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə avqustun 7-də saat 7 radələrində şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

 

BMW markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı səkiyə çırpılıb.

 

Zərbənin gücündən avtomobil aşıb.

 

Nəticədə avtomobildə olan 4 nəfər - 1994-cü il təvəllüdlü İlahə Cəlilova, 1991-ci il təvəllüdlü Şahlar Verdiyev, 1999-cu il təvəllüdlü İsmayıl Əlibəy və Nurlan Ələsgərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR