Azərbaycan XİN rəhbəri: "Regionda sülhə ən başlıca təhlükə Qarabağ münaqişəsinin həll olunmamasıdır”

Azərbaycan XİN rəhbəri: "Regionda sülhə ən başlıca təhlükə Qarabağ münaqişəsinin həll olunmamasıdır”
# 19 fevral 2016 10:00 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Tiflis bəyannaməsində onu imzalayan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək bir daha ifadə olunub.


Nazir qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi regionda sülh və təhlükəsizlik üçün ən başlıca təhlükədir.

E. Məmmədyarov Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib: "Təəssüflər olsun ki, Ermənistan tərəfi yenə də özünün ilhaqçı və işğalçı siyasətini həyata keçirir. Ermənistanın bu siyasətini davam etdirməsi və mövcud “status-kvo”nun saxlanılması istiqamətindəki səyləri münaqişənin həllində irəliləyişin əldə olunmasına imkan vermir".


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə jurnalistlərə açıqlamasında Gürcüstan və Türkiyə XİN rəhbərlərinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib: "Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi Tiflis bəyannaməsində də əks olunub. Bəyannamədə bildirilib ki, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalı və dövlətlərin sərhədləri güc tətbiq edilməklə dəyişdirilə bilməz".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR