Kolumbiyada sel daşqınları nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb

Kolumbiyada sel daşqınları nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb
# 13 aprel 2017 04:13 (UTC +04:00)

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 314 nəfərin öldüyü, 127 nəfərin itkin düşdüyü bildirilirdi.

 

Ölənlərin 118-i həddi-buluğa çatmamış uşaqlardır. Təbii fəlakət nəticəsində həmçinin 332 nəfər xəsarət alıb.

 

Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub. Hadisə ilə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR