Moskvada Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşü keçiriləcək

Moskvada Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşü keçiriləcək
# 27 oktyabr 2016 13:28 (UTC +04:00)

Oktyabrın 28-də Moskvada Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Sergey Lavrov, Valid Muallim və Məhəmməd Cavad Zərif arasında planlaşdırılan üçtərəfli görüşdə Suriya münaqişəsi və terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə olunacaq.

Suriya və İran xarici işlər nazirlərinin S. Lavrovla ikitərəfli görüşləri də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR