Elman Rüstəmov: "AGBank" və "DəmirBank" konsolidasiya ilə bağlı ilkin protokol imzalayıb" - EKSKLÜZİV

Elman Rüstəmov: "AGBank" və "DəmirBank" konsolidasiya ilə bağlı ilkin protokol imzalayıb" - <span style="color: red;">EKSKLÜZİV
# 26 yanvar 2016 11:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "AGBank" ASC və "DəmirBank" ASC konsolidasiya olunacaq.

Bu barədə "APA-Economics"ə eksklüziv açıqlamasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov qeyd edib ki, artıq hər iki bank arasında konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb.

"Bu addım Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlardan biridir", - deyə AMB sədri bildirib.

Yaxın perspektivdə hansısa bankın lisenziyasının ləğv olunması ilə bağlı suala cavab verən E. Rüstəmov bildirib ki, bu proses davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR