Müsavatın qurultayından narazı qalanların şikayətinə baxılıb

Müsavatın qurultayından narazı qalanların şikayətinə baxılıb
# 13 yanvar 2016 14:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Binəqədi Rayon Məhkəməsində Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Partiyanın sabiq üzvü Əlövsət Əhədoğlunun APA-ya verdiyi məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmədə şikayətlərə baxılıb, vəsatətlər qaldırılıb. Onun sözlərinə görə, qarşı tərəf məhkəməyə lazım olan sübutları təqdim etməkdən imtina edir: “Bizim tələbimiz ondan ibarətdir ki, saxta qurultayın nəticələri ləğv olunsun. Çünki qurultay öz işini yerinə yetirməyib, sərbəst Məclis üzvləri və MNTK sonradan saxta yolla seçilib. Məhkəmə yanvarın 28-də davam etdiriləcək. Hakim bildirdi ki, yanvarın 28-də işlə bağlı sonuncu məhkəmə prosesi keçiriləcək və qərar veriləcək”.

Qeyd edək ki, Müsavatın ötən il sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı partiya başqanı seçilib. Qurultayın nəticəsindən narazı qalanlar isə məhkəməyə müraciət edərək, nəticələrin ləğv olunmasını tələb edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR