Roman Qriqorçuk: “Ənənəvi oyunumuzu oynayacağıq, hücum edəcəyik”

Roman Qriqorçuk: “Ənənəvi oyunumuzu oynayacağıq, hücum edəcəyik”
# 25 avqust 2016 02:06 (UTC +04:00)

Bakı-APA. “Biz “Maribor” haqqında necə düşünürdüksə, Bakıda da eyni komandanı gördük. İlk matçda bizə qarşı ciddi, təşkilatlanmış və təcrübəli bir rəqib var idi. Real futbol oynamağı bacaran bir komanda ilə qarşılaşmışdıq”.

Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Düşünürəm ki, sabah rəqibimiz daha güclü olacaq. Çünki bildiyimə görə, burda komandanı çox böyük azarkeş kütləsi dəstəkləyir. Onların çox gözəl meydançaları var. Ona görə də, bu nüanslar “Maribor” üçün əlavə üstünlük olacaq. Sabah ənənəvi oyunumuzu oynayacağıq, hücum edəcəyik. Rəqibin də qələbə üçün cəhd edəcəyini də nəzərə alsaq, bizi çox keyfiyyətli oyun gözlədiyini deyə bilərəm”.

Xatırladaq ki, bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ” səfərdə Sloveniya "Maribor"u ilə cavab oyununa çıxacaq. İlk oyunda “Qəbələ” 3:1 hesabı ilə rəqibini məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR