Donald Tramp baş müşavirini vəzifəsindən azad edib

Donald Tramp baş müşavirini vəzifəsindən azad edib
# 02 avqust 2016 03:48 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp baş müşaviri Ed Brukoveri vəzifəsindən azad edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun işdən çıxarılmasının səbəbləri barədə məlumat verilmir.

Baş müşavir vəzifəsinə iyunda təyin olunan E.Brukover Trampın seçkiqabağı kampaniyası və Respublikaçılar Partiyasının Milli Komitəsi arasında əlaqəni təmin edirdi.

Qeyd edək ki, son rəy sorğularına əsasən ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton Donald Trampı 9 faiz qabaqlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR