Federika Mogerininin Azərbaycana səfər proqramı açıqlanıb

Federika Mogerininin Azərbaycana səfər proqramı açıqlanıb
# 24 fevral 2016 11:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfər proqramı açıqlanıb.

APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqının Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini 29 fevral - 1 mart tarixlərində Azərbaycanda səfərdə olacaq: "Səfər çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Azərbaycan tərəfdən "Şərq Tərəfdaşlığı"nın Riqa sammitində Aİ Komissiyasına Strateji tərəfdaşlığa dair saziş layihəsi təqdim olunub. Səfər çərçivəsində Mogerininin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşü olacaq, yekunda mətbuat konfransı keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR