Meksikada “Erl” qasırğası 44 nəfərin həyatına son qoyub

Meksikada “Erl” qasırğası 44 nəfərin həyatına son qoyub
# 08 avqust 2016 23:51 (UTC +04:00)

Bakı-APA. Meksikanın şərqində “Erl” tropik qasırğasının yaratdığı sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 44-ə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Puebla ştatının qubernatoru 32 nəfərin təbii fəlakət nəticəsində öldüyünü təsdiqləyib.

Məlumata görə, ölənlərin sayı arta bilər, dağıntılar altında insanların qaldığı ehtimal edilir.

Verakrus ştatında ölənlərin sayı 12-yə çatıb, 1 200 nəfər evini tərk etmək məcburiyyətində qalıb. Bildirilir ki, torpaq sürüşməsi ilə əlaqədar 18 yaşayış məntəqəsi ilə əlaqə tam kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR