Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin IV rübündə ilkin mənzil bazarında qiymətlər 0,8%, təkrar mənzil bazarında 2,5% ucuzlaşıb.
“APA-Economics”in məlumatına görə, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı statistik bülletenində yer alıb.
Məlumata əsasən, ümumilikdə ötən ilin son rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 2,4% ucuzlaşıb.