Bələdiyyələr yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları ödənişsiz əldə edəcəklər

Bələdiyyələr yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları ödənişsiz əldə edəcəklər
# 11 aprel 2017 10:10 (UTC +04:00)

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında  “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə olunub.

 

APA-nın xəbərinə görə, layihə barədə komitə sədri Arif Rəhimzadə məlumat verib.
 

Dəyişikliyə əsasən qanunun 5.4-cü maddəsi dəyişdirilərək yeni redaksiyada verilir: “Bələdiyyələrə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri və ünvanı, onların mülkiyyətçiləri olan fiziki şəxslər, habelə fiziki şəxslərin mülkiyyətində  və istifadəsində olan  torpaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində ödənişsiz əldə edilir”.

 

Bundan başqa, maddənin 5.3-cü maddəsi ləğv olunur. Bu, tikililər və onların hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədilə bələdiyyələr 3-5 ildə bir dəfədən çox olmamaq şərtilə, ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edirlər. Əmlakın qiymətləndirilməsi üzrə əməliyyatlar bələdiyyələrin vəsaiti hesabına maliyyələşdirilir. Bu dəyər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan qaydalar əsasında müəyyənləşdirilirdi.
 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR