Bakı - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Ucarda kanaldan meyit tapılması barədə məlumat yayıb.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, avqustun 29-da Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunun Quləbənd kəndində Qzzyan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Sentyabrın 7-də 1973-cü il təvəllüdlü Quliyev Təhmuraz Hüseyn oğlunun cəsədi sudan yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
saat 13.23
Ucar. Zahid Abışov - APA. Ucar rayonunda su kanalından meyit tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qulabənd kəndi ərazisindən keçən su kanalında hələlik şəxsiyyəti məlum olmayan 40-45 yaşlarında paltarsız kişi meyiti kanalı aşkarlanıb. Meyit kanalı qazan traktorçu tərəfindən tapılıb.
Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır. Ehtimala görə, meyiti tapılan şəxs on gün əvvəl çimmək üçün Qazyan su kanalına gedən və itkin düşən rayon sakini, 43 yaşlı Təhminaz Hüseyn oğlu Quliyevdir.