Bakı-APA. İsrailin Tel-Əviv şəhərində minik avtomobilinin partladılması nəticəsində 1 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tel-Əviv polisinin mətbuat katibi Miki Rozenfeld özünün “Tvitter” səhifəsində yazıb.
Polis hadisəni terror aktı kimi deyil, kriminal xarakterli cinayət kimi qiymətləndirib.
“Tel-Əvivdə minik avtomobil partladılıb. Bir nəfərin hadisə yerində öldüyü təsdiqlənib. Hadisə kriminal xarakterlidir”, M.Rozenfeld yazıb.