Çin lideri Tehrana səfər edib

Çin lideri Tehrana səfər edib
# 22 yanvar 2016 21:43 (UTC +04:00)

Bakı-APA. Çin Xalq Respublikasının sədri Si Cinpin İranın paytaxtı Tehrana gəlib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Tehran beynəlxalq hava limanında Çin liderini İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb.

Səfər çərçivəsində Si Cinpin prezident Həsən Ruhani və İranın dini lideri Ayətullah Xamenei ilə görüşəcək. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 16 sənədin imzalanması gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpin Səudiyyə Ərəbistanı və Misirdə səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR