“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36% artıb

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36% artıb
# 08 avqust 2016 09:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı artıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların getdikcə daha çox faydalandığı bu e-xidmətdən istifadə sayı cari ilin iyun ayı müqayisədə iyul ayında 36% artaraq 21808-ə çatıb.

“İş yerinə dair arayış” e-xidməti istifadəçiyə real vaxt rejimində öz iş yeri haqqında onun istəyinə uyğun olaraq ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün, əmək haqqı göstərilməklə və ya göstərilmədən e-arayış əldə etmək imkanı verir. Portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək mümkündür. Arayışda işçi və işəgötürənə aid məlumatlar, əmək müqaviləsinin bağlandığı tarix və s. əksini tapır.

Bu e-xidmətdən istifadə nəticəsində istifadəçinin həmin arayışın alınması üçün işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və zəhmət çəkməsinə artıq ehtiyac qalmır. Eyni zamanda, arayışın təqdim edildiyi qurum arayışdakı ştrix-kod vasitəsilə və portaldakı müvafiq xidmətdən istifadə edərək, bu sənəddə əksini tapan məlumatların həqiqiliyini yoxlaya bilir.

“İş yerinə dair arayış” elektron xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir. Həmin vaxtdan cari ilin 01 avqust tarixinə qədər olan dövrdə vətəndaşlar bu e-xidmətdən ümumilikdə 336035 dəfə faydalanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR