Ötən il Gədəbəy qızıl filiz yatağında istehsal edilmiş qızılın 294 kq Azərbaycanın payına düşür

Ötən il Gədəbəy qızıl filiz yatağında istehsal edilmiş qızılın 294 kq Azərbaycanın payına düşür
# 07 mart 2016 06:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Gədəbəy qızıl filiz yatağında istehsal edilmiş qiymətli metallardan Azərbaycanın payı 293,8 kq qızıl, 117 kq gümüş, 124 ton mis təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Qeyd edə ki, “Gədəbəy Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan hökuməti ilə “R.V. İnvestment Group Services” arasında imzalanmış sazişə uyğun olaraq ölkədə hasil olunan qiymətli metallardan Azərbaycana da pay düşür.

Yeri gəlmişkən, 2015-ci ildə Gədəbəy kontrakt sahəsində qızıl filizinin emalı üçün “Topa qələviləşdirmə” və “Agitasiya” texnoloji xətti ilə yanaşı, daha mütərəqqi və ekoloji təmiz “Flotasiya” üsulunun tətbiqinə başlanılıb və bu məqsədlə kontrakt sahəsində pilot istehsal xətti istifadəyə verilib.

Bununla yanaşı, kontrakt sahəsində qiymətli metalla daha zəngin yeni filiz sahəsi aşkar edilib və həmin yatağın yeraltı üsulla istismarına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR