Braziliyada Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 şəxs saxlanılıb

Braziliyada Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 şəxs saxlanılıb
# 21 iyul 2016 18:38 (UTC +04:00)

Bakı-APA. Braziliyada Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 şəxs saxlanılıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslər İŞİD-i dəstəkləyən qruplaşmanın üzvləri olub. Bu barədə Braziliyanın ədliyyə naziri Aleksandre Moraiş bildirib.

Məlumata görə, qruplaşma üzvlərinin saxlanılması üzrə əməliyyat ölkənin 10 bölgəsində keçirilib. Hadisə ilə əlaqədar prezident səlahiyyətlərini icra edən Mişel Temer təcili iclas çağırıb.

Saxlanılan şəxslər partizan taktikası ilə silah-sursatdan istifadə etməyi planlaşdırıblar.

Rio-de-Janeyro Olimpiya Oyunlarına avqustun 5-də start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR