Cocuq Mərcanlıda tank əleyhinə mina tapılıb

Cocuq Mərcanlıda tank əleyhinə mina tapılıb
# 12 aprel 2017 14:59 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə gündəlik hesabatını açıqlayıb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, gün ərzində 2 512 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

Nəticə etibarilə 55 401 kv.m ərazi (3 549 kv.m əllə, 16 100 kv.m mexaniki üsulla və 35 752 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR