Azərbaycanda itkin düşən şəxsin öldürülərək basdırıldığı müəyyənləşib - YENİLƏNİB

Azərbaycanda itkin düşən şəxsin öldürülərək basdırıldığı müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 03 mart 2016 09:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda dəhşətli qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 2-də Göygöl Rayon Polis Şöbəsinə fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakini Eldar Əliyevin rayonun Balçılı kəndində küt alətlə qətlə yetirilib basdırılması barədə məlumat daxil olub.

E. Əliyevin meyiti eksqumasiya edilib. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Balçılı kənd sakinləri Cavid Cəfərov və Cinayət Məcəlləsinin 144 və 182-ci maddələri ilə axtarışda olan Qoçu Kərimov tutulub, digər 2 nəfər isə müəyyənləşib.

Araşdırmalar davam etdirilir.

****

01:41

Gəncə. Azər Məmmədli – APA. Bir neçə gün əvvəl yoxa çıxan Gəncə şəhər sakinin Göygöldə qətlə yetirilərək basdırıldığı məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir həftə əvvəl itkin düşən Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Eldar Əliyevin meyiti rayonun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb. Məlumata görə, o, Cavid adlı şəxs tərəfindən bir həftə əvvəl qətlə yetirilərək orada basdırılıb. Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, cinayət törədilən zaman ərazidə bir neçə nəfər olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR