"Kredobank" III rübü mənfəətlə başa vurub

"Kredobank" III rübü mənfəətlə başa vurub
# 04 noyabr 2015 13:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin III rübündə “Kredobank” ASC-nin  aktivlərinin həcmi 181,954 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,05% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6,55% artaraq 107,576 mln. manat olub.

 

Bu il oktyabrın 1-nə bankın istehlak kreditlərinin həcmi 38,800 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 11,82% azdır.

 

Bu ilin yanvar-sentyabr aylarında bankın ipoteka kreditlərinin həcmi 7,542 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 68,74% azdır və kreditlərin 4,542 mln. manatı və ya 60,22%-i ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Bu ilin 9 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 19,21% artaraq 29,068 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 0,77% azalaraq 28,606 mln. manat təşkil edib. Oktyabrın 1-nə əhalinin əmanətlərinin həcmi isə 13,620 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,14% azdır.

 

Bir il ərzində bankın məcmu kapitalı 2,84% artaraq 56,310 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50,540 mln. manat təşkil edib.

 

Bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 23,22% azalaraq 10,686 mln. manat, xərcləri isə 26,08% azalaraq 9,689 mln. manata enib.

 

Bu ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 996 min 800 manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 16 filialı, 4 bankomatı, 35 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR