SOCAR BTC ilə neft nəqlini artırıb

SOCAR BTC ilə neft nəqlini artırıb
# 03 mart 2016 12:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 400 min 989 ton Azərbaycan nefti nəql olunub.

 

"APA-Economics" SOCAR-ın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, bu, 2015-ci ilin fevral ayı ilə müqayisədə 7,7% çoxdur.

 

Bu ilin yanvar-fevral aylarında bu kəmərlə 4 mln. 689 min 579 ton neft ötürülüb. Bu, ötən ilin iki ayı ilə müqayisədə 0,2% azdır.

 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il mart ayının 1-ə qədər BTC-yə 297 mln. 364 min 968 ton neft vurulub.

 

Bundan başqa, 2016-cı ilin fevral ayında BTC kəməri ilə 400 744 ton Türkmənistan nefti nəql olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR