Təhsil Nazirliyində diplomların tanınması ilə bağlı sənəd qəbulu sentyabrdan başlayacaq

Təhsil Nazirliyində diplomların tanınması ilə bağlı sənəd qəbulu sentyabrdan başlayacaq
# 09 avqust 2016 09:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu sentyabrın 1-dən başlayacaq. APA-nın xəbərinə görə, sentyabrın 1-dək olan müddət ərzində yalnız cari ilin iyul və oktyabr aylarında həqiqi hərbi xidmətdən təxris olunan və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edən şəxslərin müraciətləri qəbul olunur.

Qeyd edək ki, Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu 10.06.2016-cı il tarixdən - 01.09.2016-cı il tarixədək dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR