Bakı. Musa Əhmədov – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC Braziliyanın Rio-de- Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına həsr edilmiş poçt markaları nəşr edib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Olimpiya Oyunları münasibətilə 4 marka hazırlanıb.
Poçt markalarının üzərində ayrı-ayrılıqda boks, ağır atletika, Yunan-Roma güləşi və sərbəst güləş idman növləri üzrə təsvirlər əks olunub.
Markaların hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunur. Onlar idmanın 18 növü üzrə mübarizə aparacaqlar.