Bakıda qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

 Bakıda qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 14 yanvar 2016 10:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qətldə təqsirləndirilən Yusif Bağırovun məhkəməsi başlayıb. APA-nın məlumatına görə, iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, Yusif Bağırov Maştağa qəsəbəsində Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Əliyev Rauf Mikayıl oğlunu bıçaqlayaraq qətlə yetirib.

R. Əliyevin meyiti çoxsaylı bıçaq xəsarətləri ilə iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində, Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus “AzSamand” markalı avtomobildə tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR