Sumqayıtda 15 yaşlı qız özünü dənizə ataraq intihar edib

Sumqayıtda 15 yaşlı qız özünü dənizə ataraq intihar edib
# 25 yanvar 2016 06:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda intihar hadisəsi baş verib.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, 2001-ci il təvəllüdlü Aydan Əsgərzadənin dənizdə boğulmuş meyiti tapılıb. İlkin məlumatlara görə, o, intihar məqsədi ilə özünü dənizə atıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR