Gəncə. Azər Məmmədli – APA. Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1986-cı il təvəllüdlü Nurani Qəzənfər Əbülfəz oğlu yolu keçmək istəyərkən VAZ markalı avtomobillə vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.