Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib.
Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Kalinın küçəsi 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 18 yaşlı Xəyal Surxay oğlu Yəhyalı özünü asıb.
Məlumata görə, X. Yəhyalı 2 il əvvəl anasını itirib. Həmin vaxtdan bəri depressiyaya qapanan gənc bir neçə dəfə intihara cəhd edibmiş.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.