Azərbaycan Hindistana yeni səfir təyin edib

Azərbaycan Hindistana yeni səfir təyin edib
# 10 oktyabr 2023 17:31 (UTC +04:00)

Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR