Azərbaycan Prezidenti: Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir

Azərbaycan Prezidenti: Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir
# 14 fevral 2024 18:16 (UTC +04:00)

Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.

“Bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR