Azərbaycan Prezidenti: Dəyərlərimizin qorunub saxlanılmasında qadınların xidmətləri misilsizdir

Azərbaycan Prezidenti: Dəyərlərimizin qorunub saxlanılmasında qadınların xidmətləri misilsizdir
# 19 oktyabr 2023 11:23 (UTC +04:00)

Qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan qadınlarının VI qurultayının iştirakçılarına müraciətində deyilir.

“Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, onlar eyni zamanda maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar. Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir”, - müraciətdə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR