Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

Prezident İlham Əliyev və Volodimir Zelenski

© APA | Prezident İlham Əliyev və Volodimir Zelenski

# 14 yanvar 2022 13:54 (UTC +04:00)

Yanvarın 14-də Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü olub.

APA-nın xəbərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Azərbaycan nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

Sonra dövlət başçılarının təkbətək görüşü olub.

***

13:32

Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR