Bakıda iki polisi öldürmək istəyən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda iki polisi öldürmək istəyən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
# 16 avqust 2016 08:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində iki polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən ismət Bəkirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, tərəflər dinlənilib. Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Bəkirov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirib.

İsmət Bəkirov iraddan qəzəblənərək üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyəsindən, Ş.Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR