Seulda 20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd olunub

Seulda 20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd olunub
# 21 yanvar 2016 08:00 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Koreyadakı səfirliyi tərəfindən Seul şəhərində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, Koreyanın ictimai-siyasi xadimləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının professor və müəllim heyəti, həmçinin “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının nümayəndələrinin iştirak etdiyi anım mərasimi 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan səfir Rəmzi Teymurov 20 Yanvar faciəsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Daha sonra səfirliyin müşaviri Vaqif Cəfərov 20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri barədə danışıb, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların faciə ilə bağlı nümayiş etdirdikləri mövqeni iştirakçıların diqqətinə çatdırıb.

V.Cəfərov keçmiş SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər olayların digər ölkələrdə də törədildiyini qeyd edib, miqyası və qəddarlığına görə ən dəhşətlisinin isə məhz Azərbaycanda baş verdiyini vurğulayıb.

Tədbirin gedişində 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı video çarx və fotolar nümayiş etdirilib, faciə ilə əlaqədar broşür və məlumat vərəqələri tədbir iştirakçılarına paylanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR