Dövlət başçısı: Ordu xərclərinə yenə də vəsait ayırmalıyıq, çünki yumruq daim yerində olmalıdır

Dövlət başçısı: Ordu xərclərinə yenə də vəsait ayırmalıyıq, çünki yumruq daim yerində olmalıdır
# 17 oktyabr 2023 17:04 (UTC +04:00)

Bu gün Füzulidə, Qarabağın digər bölgələrində və Şərqi Zəngəzurda yerləşən şəhərlərdə gedən işlər, doğrudan da genişmiqyaslı işlərdir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bunun mənbəyi də Azərbaycan mənbəyidir: “Yəni, biz heç kimdən bir manat kömək istəməmişik. Sağ olsun özbək qardaşlarımız gözəl məktəb tikdirdilər və qazax qardaşlarımız da indi Yaradıcılıq Mərkəzini inşa edirlər. Ondan başqa bizə bir dənə də mismar da hədiyyə edilməyib. Biz bu illər ərzində həm iqtisadiyyatı qurduq, həm ehtiyatlar yığdıq. Nə üçün? Bilirdik ki, bu gün gələcək, o vəsait bizə lazım olacaq və biz haraya xərcləyirdik - orduya. Birinci yerdə ordu xərcləridir, ikinci təhsil xərcləridir. Həmişə bizim büdcəmizdə, bu iki əsas prioritet var idi. İndi ordu xərclərinə biz yenə də vəsait ayırmalıyıq. Çünki yumruq daim yerində olmalıdır. Ancaq, eyni zamanda, indi vəsaitin əsas hissəsi Qarabağın bərpasına gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR